Moskva metrosunda 70 ildə ilk dəfə yeni stansiya açılacaq

09:47 17.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva metrosunda 70 ildən sonra ilk hadisə baş verir. İllər əvvəl tamamlanan və 70 ildir dəyişməyən mərkəzi dairə xəttinə yeni stansiya əlavə olunacaq.

Hafta.az-ın yazdığına görə, paytaxt meri Sergey Sobyanin “Dostoyevskaya” metrostansiyasının tikintisinin təşəbbüskarı olub.

TASS-ın məlumatına görə, mərkəzi dairə xəttini açıq yaşıl xəttə birləşdirəcək “Dostayevski” stansiyasının tikintisi 4-5 ilə başa çatacaq.

Stansiya istifadəyə verildikdən sonra tarixi mərkəz dairəsi xəttinə yeni stansiya əlavə olunacaq.