Moskva metrosunun "ən dərin" stansiyaları

10:20 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Həvəskarlar tez-tez bu sualı verirlər: Hər biri bir muzeyi xatırladan, ilk stansiyası 1935-ci ildə açılan və gündə 8 milyona yaxın sərnişin daşıyan Moskva metrosunun ən dərin stansiyaları hansılardır?

Hafta.az-ın yazdığına görə, hər il artan Moskva metrosunda stansiyaların sayı 265-ə çatıb.

63,5 metrlə Sovet İttifaqının ən dərin stansiyası olan “Timiryazevskaya” indi bu reytinqdə altıncı yerə düşüb.

Moskva metrosunun ən dərin 8 stansiyaları aşağıdakı kimidir:

“Park Pobedi”: 73 metr (Açılış tarixi: 6 May 2003), “Marina Roşa”: 72 metr (1 mart 2023), “Verhine Lihoborı”: 65 metr (22 Mart 2018), “Okrujnaya”: 65 metr (22 Mart 2018), “Fonvizinskaya”: 65 metr (16 sentyabr 2016), “Timiryazevskaya”: 63,5 metr (1 mart 1991), “Dubrovka”: 62 metr (11 dekabr 1999), “Çexovskaya”: 62 metr (31 mart 1987).