İyulda Moskvada yeni temperatur rekordu qırılıb. Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, VDNKh meteoroloji stansiyasında havanın temperaturu müsbət 32 dərəcə səviyyəsində qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, sonuncu dəfə termometr buna yaxın rekord göstəricilərinə 2 iyul 1890-cı ildə çatmışdı. O vaxt 31,9 dərəcəilik qeydə alınmışdı.
Məlumatda deyilir: “İyulun 2-də Moskvada 134 illik rekord qırıldı. VDNKh meteoroloji stansiyası 32 dərəcə temperatur qeydə alıb. Moskva çayı yaxınlığındakı Balçuq rayonunda havanın temperaturu 33,2 dərəcəyə yüksəlib”.
Sinoptiklərin proqnozlarına görə, 2024-cü ilin yayı Rusiyanın Avropa hissəsi üçün anomal isti keçəcək.
Meteoroloqlar Moskva üçün təcili isti xəbərdarlığı verməkdə davam edir. Moskva Meteorologiya Bürosunun baş eksperti Tatyana Pozdnyakovanın sözlərinə görə, iyulun 4-də paytaxtda havanın temperaturu 35 dərəcəyə çata bilər.