Moskvada 7 min dollara "Sülh kapsulu" satılır

10:52 10.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Tənhalıq və sülh kapsulları” Moskvada 700 min rubl qiymətinə satışa çıxarılıb.

Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, bu məqsədlə Avito-ya reklam yerləşdirilib.

Xəbərə görə, reklam verənin elanında bu ifadələr yer alıb: “Standart və xüsusi istehsal təklik kapsulları istehsal edirik. Kapsullar 3-5 mm qalınlığında metaldan hazırlanır, bu da sizə təhlükəsizlik hissi verir. Onların tutumu iki ilə səkkiz nəfər arasında dəyişir. Metal çərçivə sizi ətraf mühitin təsirlərindən qoruyur”.

Ətraf mühitə təsirlər təkcə yağış, qar və ya güclü külək demək deyil. Bu kapsullar insanların yaratdığı stres faktorlarından da qorunma təmin edir. Satıcı hətta bildirir ki, kapsulları evdə quraşdırmaq olar. Bu dəmir kabinənin qiyməti 700 min rubldan başlayır.

Jurnal yazıb ki, kapsulun davamlılığına heç bir şübhə olmasa da, “rahat interyer” vədinə inanmaq çətindir. Xəbərdə yer alan açıqlamaya görə, “fotoşəkillərdə quruluş daha çox bunker, həbsxana kamerası və ya işgəncə kamerasına bənzəyir”.