Moskvada ən bahalı mənzilin aylıq kirayəsi 150 ​​min dollardır

09:26 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada ən bahalı mənzilin aylıq kirayə haqqı fevral ayı üçün 14 milyon rubl, yəni 147 min dollar olaraq açıqlanıb.

Hafta.az-ın RBC qəzetinə istinadən yazdığına görə, bahalı seqmentdə kirayə mənzillər xeyli azdır. Son bir ayda tələb 13 faiz artıb.

Moskvanın ən bahalı 3 kirayə mənzili aşağıdakılardır:

1. Hamovniki, Kooperativnaya küçəsində yerləşən 530 kvadratmetrlik mənzil üçün tələb olunan icarə haqqı ayda 13,8 milyon rubl təşkil edir.

2. Hamovniki rayonundakı Usaçyova küçəsində yerləşən 375 kvadratmetrlik mənzil üçün tələb olunan aylıq kirayə haqqı 2,5 milyon rubl (27 min dollar) təşkil edir.

3. Şəhərin ən məşhur küçəsi olan Preçistenkada yerləşən 700 kvadratmetrlik bu mənzil üçün aylıq 2,3 milyon rubl (25 min dollar) icarə haqqı tələb olunur.