Moskvada otel qiymətlərində ağılalmaz artım

10:35 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada ev almaq, eləcə də şəhərə turist kimi gəlib oteldə qalmaq çətinləşib.

Hafta.az-ın “Moskviçmag” jurnalına istinadən yazdığına görə, son 2 ildə oteldə gecələməyin qiyməti 65 faiz artıb.

Jurnal son bir ildə müşahidə edilən artım nisbətinin yüzdə 39 olduğuna diqqət çəkib.

İki il əvvəl 3500 rubla (70 manat) layiqli otaq almaq mümkün olduğu halda, indi bir gecə üçün 10 min rubl (200 manat) qurban vermək lazımdır.

Jurnalla danışan IBC Real Estate-nin nümayəndəsi Aleksey Yefimov otel haqlarının artımını daxili turizmin həcminin artması ilə əlaqələndirir. Rusiya İqtisadi İnkişaf Nazirliyi də bu il daxili turizmin 30 faiz artacağını proqnozlaşdırır.

“Garnet” şirkətinin rəsmiləri qiymət artımına görə daşınmaz əmlakın qiymətindəki ümumi artımı məsuliyyətli hesab edirlər. 2019-cu ildən bəri Moskvada yeni mənzillərin qiyməti 64 faiz, ikinci əl mənzillərin qiyməti isə 68 faiz artıb.