Yazını böyüt
Yazını kiçilt
Aparılan bir araşdırma göstərib ki, moskvalıların əksəriyyəti son vaxtlar artan dron hücumlarına öyrəşiblər. Üstəlik, moskvalıların əksəriyyəti Ukraynaya qarşı hərbi təcavüzə dəstəyi davam etdirir.
Hafta.az-ın "Russian Field"in sorğusuna istinadən yazdığına görə, sorğuya qatılanların əksəriyyəti dron hücumlarından əvvəlki kimi narahat olmadıqlarını bildiriblər. Respoindentlərin 35 faizi Ukraynaya qarşı hərbi təcavüzün dayandırılmasını istədiyini, 46 faizi isə əməliyyatın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Sorğunun nəticələrinə görə, xüsusilə 18-26 yaş qrupunda olanların 47 faizi Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin bitməsini istəyir.