Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib

16:13 24.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.

Hafta.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Rəşad Babayev təyin edilib.

Məlumatı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər.

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.az yayıb.

Oxunma sayı 146