Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib - VİDEO

13:07 20.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.