Müdafiə Nazirliyinin sabiq idarə rəisinin şikayəti təmin edilməyib

12:10 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hafta.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.