Yazını böyüt
Yazını kiçilt
Rusiyada bəzi məşhur müğənnilərin mahnıları məhkəmə istintaqı zamanı ekspertlər tərəfindən yoxlanılıb.
Hafta.az-ın yazdığına görə, ilin əvvəlindən Moskvada üç hüquq məsləhət mərkəzi tərəfindən 134 mahnının sözləri ilə bağlı ekspertizalar aparılıb.
Mahnılarda qanuna uyğun olmayan ifadələrdən istifadə edilib-edilmədiyi, narkotik, radikalizm və ya bu kimi qanunsuz fəaliyyətlərin təbliğ edilib-edilmədiyi araşdırılıb.
Daha əvvəl Rusiyada Slimus (Vadim Motilev) adlı rep ifaçısı haqqında mahnılarının sözlərində narkotik təbliğatı aparıldığı, dini inancların təhqir olunduğu, ordunun nüfuzdan salındığı iddiası ilə şikayət edilib.
Ukraynaya qarşı müharibə başlayandan sonra bəzi müğənnilərə Rusiyada qadağa qoyulub.