Müharibə əlillərinin uşaqlarına uşaq pulu verilir – QHT sədri

13:20 04.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu günlər I Qarabağ iştirakçılarına, Əlillərə, Şəhid ailələrinə, müharibə veteranlarına birdəfəlik 11 min manat verilməsini dövlətin qayğısı, uğurlu siyasətidir.

Bu fikirləri hafta.az-a "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin sədri Füzuli Rzaquliyev bildirib.

I Qarabağ döyüşçüsü hesab edir ki, cənab Prezident daim bu cür humanist addımlar atır, fərmanlar verir. Qazilərin belə bir dəstəyin olacağını çoxdan gözlədiklərini deyən F.Rzaquliyev hər bir məsələnin zamanla öz həllini tapmasına şükr etdiklərini bildirib.

“Dövlət sosial siyasətini düzgün aparır. Qazi və şəhid ailələrinə hər zaman diqqət var, belə də olmalıdır. Ordumuz həmişə yüksək diqqət və qayğı ilə əhatə olunmalıdır və olunur. Artıq illərdir ki, dövlət tərəfindən Şəhid ailələrinə, qazilərə, Qarabağ döyüşçülərinə, əlillərə evlər, minik avtomobilləri verilir. Müharibə əlillərinin uşaqlarına uşaq pulu verilir. Maraqlıdır ki, bu məsələ heç bir yerdə deyilmir”. F.Rzaquliyev hesab edir ki, belə humanist addımlar dayanıqlı, davamlı olmalıdır.