Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər - Jan Mişel Brün

14:07 09.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər.

Trend xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“Azərbaycanın İkinci Qarabağ Müharibəsini müsəlman-xristian müharibəsi kimi qələmə verdilər. Bu, çox böyük bir səhvdir. Azərbaycan dünyəvi dövlətdir. Dinlər arasında fərq qoymur”, - deyə o bildirib.