Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək

14:34 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 29-da Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Saraydan hafta.az-a bildirilib ki, gecədə Müslüm Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Konsertə biletləri “iTicket.az” saytından və şəhərin kassalarından əldə etmək mümkündür.