Xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan hafta.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə etməklə bərabər şəhər ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir.
Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 117 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb.