NATO Lukaşenkonun Belarusla sərhəddə yerləşən hərbi qüvvələr barədə dediklərinə cavab verib

20:05 16.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“NATO-nun Şərqi Avropadakı mövcudluğu ciddi şəkildə müdafiə olunur, təhlükə yaratmır, münaqişələrin qarşısını almaq və sülhü qorumaq məqsədi güdür”.

Hafta.az bildirir ki, bu barədə “RİA Novosti”-yə Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Oana Lunqesko bildirilib.

Oana Lunqesko deyib ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko, NATO qoşunlarının Belarus qapılarına yaxınlaşdığını söyləyib: “Ölkənin qərb sərhədlərində hərbi gücün qurulması prosesi mövcuddur. Bundan əvvəl də Lukaşenko, NATO-nun Polşa və Litvada hərbi təlimlərinin keçirildiyindən narahatlığını bildirmişdi”.