Yazını böyüt
Yazını kiçilt
NATO ölkələri Ukraynaya yardım paketi çərçivəsində Kiyevə Rusiya istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparacaq avadanlıqlar verəcək. Bunu cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iki günlük iclasının yekunlarına dair mətbuat konfransında deyib.
"Həmçinin Ukraynaya hərtərəfli yardım paketinin bir hissəsi kimi yanacaq, qış geyimləri və tibbi ləvazimatlar təqdim edirik. Bu paketin bir hissəsi kimi NATO tezliklə Ukraynaya PUA-lara qarşı mübarizə aparmaq üçün avadanlıq tədarük edəcək", - o deyib.