NATO Rusiyanın bu tələbini rədd etdi

23:50 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Rusiyanın NATO qoşunlarının Bolqarıstan və Rumıniyadan çıxarılması tələbi qəbuledilməzdir".

 

Hafta.az xəbər verir ki, bunu Alyansın sözçüsü Oana Lunqesku bildirib.

 

"Rusiyanın tələbləri NATO üzvlərini birinci və ikinci sinfə böləcək, biz bunu qəbul edə bilmərik", - deyə Lungesku vurğulayıb.

 

Qeyd edək ki, bu tələbi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Cenevrədə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən əvvəl səsləndirib. Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanı Sofiyanın NATO-ya üzvlüklə bağlı xarici siyasət seçiminə hörmət etməyə çağırıb.modern

Oxunma sayı 88