NATO Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almalıdır - Zelenski

18:20 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almalıdır.

Hafta.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliya Lou İnstitutunda çıxışından sonra sualı cavablandırarkən deyib.

Rusiyanın nüvə silahından istifadə etmə ehtimalından danışan Zelenski qeyd edib ki, buna cavab vermək çətindir, çünki Rusiya hakimiyyəti Rusiya Federasiyasında baş verən hər şeyə nəzarət etmir.

"Onlar həm də döyüş meydanında baş verən hər şeyə nəzarət etmirlər - bizi üç günə ələ keçirmək istəyirdilər".

Ukrayna prezidenti hesab edir ki, “NATO Rusiyanın nüvə silahından istifadəsini qeyri-mümkün etməlidir”.

Onun sözlərinə görə, “önləyici zərbələr lazımdır ki, onlar nüvə silahından istifadə etsələr, onun başına nə gələcəyini bilsinlər.

O vurğulayıb ki, NATO "öz təzyiqinin tətbiqi qaydasına yanaşmaları" yenidən nəzərdən keçirməlidir.