Yazını böyüt
Yazını kiçilt
Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Rusiya Federasiyası nüvə silahından istifadə edərsə, NATO Ukraynaya qoşun yeridə bilər.
Hafta.az bildirir ki, bu barədə o RMF FM radiosuna müsahibəsində danışıb.
Raunun sözlərinə görə, Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsi halında, NATO ölkələrinin cavabı çox güman ki, “Ukraynada ümumi qəbul edilmiş cavaba uyğun olacaq” və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təqdim etdiyi kimi reallaşacaq.
Nazir qeyd edib ki, belə bir ssenaridə NATO qoşunlarının Ukrayna ərazisinə yeridilməsi istisna oluna bilməz, lakin “bu, zəruri prosedur olmayacaq”.