Naxçıvanda ötən il yarım ton heroin saxlanılıb

17:25 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda 2023-cü ildə gömrük nəzarəti tədbirləri gücləndirilib.

Bu barədə hafta.az Naxçıvan Baş Gömük İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, texniki nəzarət vasitələrinin tətbiqi ilə 1 ədəd odlu silah hesab edilən tapança, 10 ədəd balonu ilə birlikdə 1 ədəd pnevmatik tapança, 151240 ədəd siqaret, 2 kiloqram 825 qram qızıl, 100000 ədəd aksiz markası, 62185 qram gümüş, 22 ədəd mobil telefon, 39 ədəd beşbarmaq, 33 ədəd dron, 4098 ədəd psixotrop dərman, 8 ədəd elektroşok, 1 ədəd qədim samovar və s. aşkarlanaraq müvafiq tədbirlər görülüb.

 

Bildirilib ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ümumilikdə 568,6 kq heroin, 112,2 qram tiryək, 117,9 qram marixuana, 144,7 qram həşiş, 145,4 qram psixotrop maddələr, 135,7 qram-güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin 66 722 qutu aksiz markası ilə markalanmayan siqaret, 2 ədəd odlu silah, 2 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanaraq götürülüb.

Oxunma sayı 65