Naxçıvanda su olmayacaq

10:48 10.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan şəhərinin bəzi yerlərində iyunun 10-da içməli suyun verilişi dayandırılacaq.

Hafta.az-ın məlumatına görə, Naxçıvan şəhəri, Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 10-u saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq.