Nazım Hikmət vəfatının 60-cı ildönümü ilə əlaqədar Moskvada keçirilən tədbirlərlə anılır. Moskvadakı Nazım Hikmət Mədəniyyət və İncəsənət Vəqfindən sonra Türkiyənin Moskvadakı səfirliyi, RTİB, Yunus Əmrə İnstitutu, Türkiyənin Nazım Hikmət Mədəniyyət və İncəsənət Vəqfi və Nazım Hikmət Kitabxanası ilə əməkdaşlıq çərçivəsində bu il keçiriləcək tədbirlərlə bağlı açıqlama verib.
Hafta.az-ın yazdığına görə, təşkilat komitəsinin açıqlamasında deyilir: “Anım proqramı bu il 3 iyun 2023-cü il şənbə günü, saat 10:00-da şairin məzarı başında keçiriləcək. Novodeviçy qəbiristanlığında keçiriləcək proqram anım nitqləri və məzarı üzərinə gül dəstələri qoyma mərasimi şəklində təşkil olunacaq”.
Qeyd olunub ki, məzərbaşını anma proqramından sonra RTİB, Yunus Əmrə İnstitutu, Türkiyə Nazım Hikmət Mədəniyyət və İncəsənət Vəqfi və Nazım Hikmət Kitabxanasının əməkdaşlığı ilə həmin gün saat 13:00-da böyük yazıçı Yaşar Kamalın həyat yoldaşı Ayşə Semiha və yazıçı-jurnalist Zeynəb Oralın çıxışı ilə davam edəcək.
Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun fəaliyyətlərlə bağlı verdiyi açıqlamada aşağıdakı məlumatlar da yer alıb: “Türk poeziyasının ümumbəşəri adı, Türkiyə ilə Rusiya arasında ortaq dəyərimiz olan Nazım Hikməti vəfatının 60-cı ildönümündə dünyasını dəyişdiyi Moskvada anırıq. Bu il "Nazım Hikmət Dostluq Mükafatı" əvvəlki illərdə olduğu kimi Türkiyə və Rusiya tərəfi olmaqla iki fərqli ada təqdim ediləcək. Rusiya tərəfində Nazım Hikmətin böyük sevgisi və həyat yoldaşı Vera Tulyakova-Hikmətin qızı, teatr alimi, professor Anna Anatolyevna Stepanova, Türkiyə tərəfindən isə teatrşünas, jurnalist, yazıçı, Türkiyə Yazarlar Dərnəyinin sədri Zeynəb Oral iki ölkə arasında mədəni əlaqələrin inkişafına və Nazım Hikmətin ədəbi əsərinin qorunub saxlanmasına verdiyi töhfələrə görə mükafat alacaqlar”.
Açıqlamada daha sonra deyilir ki, iyunun 3-ü saat 19.00-da “Russkaya Pesnya”da konsert veriləcək.