Yazını böyüt
Yazını kiçilt
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Oğuz rayonunda həmin rayonun və Şəki şəhərinin sakinlərinin müraciətini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.