YAŞAT Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb YAŞAT Fondunda vəsaitlərin çox az olmasıdır.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.
Deputat qeyd edib ki, h həm İkinci, həm də Birinci Qarabağ müharibəsində iştirak edən minlərlə müalicə istəyənlər var.
“Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür.Təklif edirəm ki, Neft Fondundan hər il birdəfəlik vəsait YAŞAT Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, YAŞAT Fonduna vəsait köçürməkdə davam etsinlər.
Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir.
Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin”.