Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük - Tulane Universitetinin professoru

13:52 09.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-də islamofobiya ilə bağlı məlumatlılıq çox aşağı səviyyədədir.

Bunu Yeni Orleandakı Tulane Universitetinin siyasət professoru Raymond Casimer Taras "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Britaniyalı müsəlmanlar dedikdə, yazdıqda defis qoyulur. Bu yalnız qrammatik cəhətdən deyil, fikir olaraq ayrı-seçkilikdir. Bu məsələlərdə məlumatlılıq artmalıdır”, - deyə o bildirib.