Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanılıb

17:21 02.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb.

DİN-in mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Araşdırma aparılır.