Nərimanovda ev yanıb

20:42 23.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli tikilidə yanğın olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 54 m² sahədə yanıb.

"Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.