Yazını böyüt
Yazını kiçilt
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi şübhəli zərf alıb, Jerusalem Post xəbər verir.
Nəşrin məlumatına görə, zərf yağlı maddə ilə ləkələnib. Bu səbəbdən onun tərkibində təhlükəli maddələr ola biləcəyinə dair şübhələr yaranıb.
Mesaj yoxlanılması üçün hüquq-mühafizə orqanlarına təhvil verilib, məzmunu ilə bağlı hazırda məlumat verilmir.