Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriyada 10 ildə neft emalı zavodlarından 1,8 milyard dollar dəyərində neft oğurlanıb.
Hafta.az-ın yazdığına görə, Nigeriya Sənaye Şəffaflığı Təşəbbüsünün (NEITI) baş katibi Oqbonnaya Orci verdiyi açıqlamada, ölkəsində neft hasil edən bölgələrdə artan hücumların və neft emalı zavodlarında oğurluğun ölkə iqtisadiyyatına mənfi təsirini davam etdirdiyini bildirib.
2009-2018-ci illər arasında ölkədəki neftayırma zavodlarından 4,2 milyard litr neft məhsulunun itirildiyinə diqqət çəkən Orci, bunun gündə 140 min barelə bərabər olduğunu bildirib.
Qeyd edək ki, Nigeriyada 200-dən çox qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.
Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard barreldir və dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.
Xam neft istehsalında ilk 15 ölkə arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında görə isə 6-cı ölkədir.
Neft yataqlarının yerləşdiyi Delta bölgəsində silahlı qrupların neft mədənlərində təxribat törətməsi, bölgədə qarşıdurmalar, adam oğurluğu kimi hadisələr baş verir.