Azərbaycan Dillər Universitetində yaradılmış Rumın Dili və Mədəniyyəti Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş mədəni-musiqili tədbir keçirib.
Hafta.az-ın yadığına görə, tədbuirin açılışında çıxış edən universitetin Beynəlxalq Əlaqələr üzrə prorektor Jalə Qəribova böyük şair haqqında məlumat verib.

Rumıniyanın Kluj-Napoka şəhərində fəaliyyət göstərən Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutundan doktor Marqareta Aslan Yunus Əmrə, Nizami Gəncəvi və İbrahim Müteferrika haqqında mühazirəsini zoom vasitəsilə təqdim edib, türk dünyasının böyük alimlərindən söz açıb.

Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, doktor Jozefina Blazsani-Batto və Səda Məmmədli “Nizami - qəzəllərin tərcüməsi” layihəsini təqdim edib, onun şeirlərini Azərbaycan və rumın dillərində söyləyiblər.
Xatırladaq ki, tərcümə layihəsi 2021-ci ilin əvvəlində başlayıb və nəticəsi həm Azərbaycan, həm də rumın dillərində nəşr olunan və Mikayıl Abdullayevin möhtəşəm mozaika əsərləri ilə təsvir edilmiş açıq mənbəli şeirlər toplusudur.