Yazını böyüt
Yazını kiçilt
Norveç Müdafiə Nazirliyinin rəhbəri Byorn Arild Qram bildirib ki, “Leopard 2” tanklarının Norveçdən Ukraynaya çatdırılması martın sonunda baş tuta bilər, AFP xəbər verir.
Norveç Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, ölkədə 36 Leopard 2 tankı xidmətdədir.Qram əlavə edib ki, təhvil verilən döyüş maşınlarının sayı ilə bağlı məsələ hələ də həll olunur və təhvil-təslim özü martın sonuna qədər baş tutacaq.
“Biz hələ sayla bağlı qərar verməmişik... Əlbəttə, ümid edirik ki, bu, ən qısa zamanda həyata keçiriləcək”, - Norveçli nazir bildirib.