Novosibirskdə səfərbərliyə çağrılanlardan İKİSİ ÖLDÜ

14:07 07.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Novosibirskdə iki səfərbər edilmiş şəxs ali hərbi komandanlıq məktəbində kadrların formalaşması məntəqəsinin ərazisində həlak olub.

Hafta.az-ın məlumatına görə, rayonun İnsan Hüquqları üzrə Müvəkkili Nina Şalabayeva jurnalistlərə bildirib ki, hüquq-mühafizə orqanları ölümün hansı şəraitdə baş verdiyini araşdırır.

Şalabayevanın sözlərinə görə, onlardan birincisinin meyiti oktyabrın 4-də, ikincisinin meyiti oktyabrın 7-nə keçən gecə aşkar edilib. O, ölənlərin hansı bölgələrdən olduğunu açıqlamayıb.