Novxanı-Pirşağı yolunda ağır qəza olub

16:24 04.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Novxanı-Pirşağı yolunda baş verən avtoqəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, qəza ilə bağlı təcili tibbi yardıma çağırış 13:10-da daxil olub:

"Qəza nəticəsində 1 qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılara lazımi tibbi yardım göstərilir".