Yazını böyüt
Yazını kiçilt
“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında rekord hərəkətlə yadda qalıb.
Hafta.az xəbər verir ki, o, 1/4 finalda “Real”a qarşı səfər oyununda 9 qurtarış edib.
Noyer bununla “Santyaqo Bernabeu”da pley-off mərhələsində bir matçda ən çox qurtarış edən ilk qapıçı olub.
Qeyd edək ki, ilk oyunda almanlar 2:1 hesabı ilə qalib gəliblər. Cavab oyunu aprelin 15-də “Münhen Arena”da keçiriləcək.