O, "Qarabağ"ın təklifini bəyənmədi

16:00 02.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Semi Mmaenin "Qarabağ"a transferi baş tutmayıb.

Hafta.az xəbər verir ki, tərəflər arasındakı danışıqlar uğursuz olub. Müdafiəçi maaşla bağlı razılığa gəlməyib.

28 yaşlı mərakeşli oyunçu başqa təklif gələnədək Zaqreb təmsilçisində qalacaq.

Futbolçu ilə başqa klublar da maraqlanır. Amma yenə də maaş danışıqlarda əsas rol oynayacaq.

Qeyd edək ki, Semi Mmae 2024-cü ildən Xorvatiya klubunda çıxış edir. /Sport24.az/