“Ödəniş problemini həll etməyə çalışırıq” – Rusiya səfiri

09:05 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan edilən ödənişlərdə çətinlik yaradan türk bankları və iki ölkə arasında ticarət əməliyyatlarında ödəniş problemi gündəmdə qalmaqda davam edir.

Hafta.az-ın yazdığına görə, məsələ ilə bağlı açıqlama verən Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov bildirib ki, səfirlik və ticarət nümayəndəsi bəzi türk banklarının Rusiya kommersiya müəssisələrinin maraqları naminə ödənişdən imtina etməsi ilə bağlı Türkiyənin səlahiyyətli orqanları ilə intensiv əlaqə saxlayır.

“RİA Novosti”nin xəbərinə görə, Yerhov iki ölkə arasında ticarət əməliyyatlarında son vaxtlar yaranan ödəniş probleminin həlli istiqamətində səylərin davam etdiyini, Türkiyə rəsmiləri ilə intensiv təmasda olduqlarını və mövcud səylər nəticəsində, sanksiyalardan tamamilə azad olan məhsulları satan həm türk ixracatçıları, həm də rusiyalı tərəfdaşları qane edəcək həllə nail olacaqlarına ümid etdiyini söyləyib.

Bəzi bank qurumları ilin əvvəlindən Qərbin sanksiyaları səbəbindən Rusiyadan ödənişləri qəbul etmir.