Oğuzda piyadanı maşın vurdu

22:00 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndin ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 1959-cu il təvəllüdlü Araz İsfəndiyar oğlu Həşimov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi, 1979-cü il təvəllüdlü Pərvin Sabir oğlu İbrahimxəlilovu vurub.

Xəsarət alan 42 yaşlı P. İbrahimxəlilov Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.