Oliqarx Deripaska sülh danışıqlarının tarixini müəyyənləşdirib

09:34 21.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kremlə yaxınlığı ilə tanınan rusiyalı milyarder Oleq Deripaska bildirib ki, Ukraynada sülh danışıqları sentyabrın sonunda başlaya bilər.

Hafta.az-ın yazdığına görə, Deripaşka öz Telegram səhifəsində bildirib ki, o, Ukraynanı iqtisadi cəhətdən daha da dəstəkləməyi çətinləşdirən Qərb müttəfiqlərinin Kiyevlə Moskvanı danışıqlara başlamağa razı sala biləcəyinə inanır.

Deripaska yazıb: “Vaşinqtonda siyasətçilərin strateji səhv hesablamaları, gərginliyin artması və bütün dünyada beynəlxalq münaqişələrin spiralı ABŞ iqtisadiyyatına ağır yüklər qoyur”.

Qeyd edək ki, əvvəllər Çin və Afrika ölkələri müharibəni bitirmək üçün “sülh planları” gündəmə gətirmişdilər, Ukrayna isə danışıqlar üçün rus qoşunlarının 1991-ci il sərhədlərinə uyğun şəkildə işğal etdikləri bütün torpaqlardan çıxarılmasını şərt qoyur.

Siyasət rubrikasından digər xəbərlər