Ölkə başçısı: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

14:30 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır.

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan üçün nəticənin o qədər də ürəkaçan olmadığını bildirən dövlətimizin başçısı deyib: “Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək”.

Oxunma sayı 61
Siyasət rubrikasından digər xəbərlər