Türkiyənin Giresunun vilayətinin Bulancak rayonunda yaşayan 67 yaşlı Kenan Özdemir mumiyalama sənəti kimi tanınan “heyvan doldurma üsulu ilə ölü heyvanları yaşadır. 32 ilə yaxındır ki, mindən çox heyvanı mumyalama sənəti ilə dolduran Özdemir, taxta satışı ilə məşğul olduğu iş yerini muzeyə çevirib və hətta bəzi nümunələrini universitetlərə bağışlayıb.
Hafta.az-ın məlumatına görə, ömrünün 32 ilini bu işə həsr edən Kenan Özdemir deyir ki, doldurulan heç bir heyvan güllələnərək öldürülməyib. O, müalicə zamanı ölən və ya təbiətdə ölü tapılan vəhşi heyvanları basdırmaq əvəzinə, mumyalayır:
“Meşə Təsərrüfatı İdarəsi və Təbiəti Mühafizə və Milli Parklar qurumu tərəfindən ölü tapılmış tülkü, cüyür, çöl pişiyi, dovşan və qaranquş kimi heyvanları mumyalayıram. 32 il ərzində minə yaxın heyvanı dolduraraq saxlamışam. Mən heç bir maddi dəstək almadan nəsli kəsilməkdə olan heyvanları saxlamağa çalışıram. Bu sənəti, işlə bağlı tez-tez getdiyim Ankaradakı dostumun sayəsində öyrəndim. Marağım o qədər yüksək idi ki cəmi 1 ilə öyrəndim. Ancaq bu sənəti öyrənmək üçün illər lazımdır. Peşəm nə asandır, nə də təmiz. Çünki biz heyvanlarla məşğul oluruq. Bu işdə maddi qazanc da yoxdur. Ancaq hobbi kimi məşğul olmaq mümkündür. məndən sonra da doldurma üsulu ilə heyvanların saxlanılmasını, bu sənətin yaşamasını istəsəm də heç kəs işi öyrənməyə maraqlı deyil”.