Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər

13:37 09.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası vətəndaşlarının Suriya Ərəb Respublikasından repatriasiyası, bu şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə hafta.az-a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Aparatının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.

Görüş zamanı qadın və uşaqların psixoloji durumu öyrənilib, Aparatın nümayəndələrinə onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, avqustun 3-də 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan daha 16 nəfər Azərbaycana gətirilib.