“Onlar immiqrant qiyafəsində sərhədi keçə bilərlər” – Baş nazir

10:34 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vaqner” silahlılarının Belarusun qərb bölgələrində yerləşdirilməsi ölkəmiz üçün təhlükədir.

Hafta.az-ın yazdığına görə, bunu Polşanın baş naziri Moraviecki deyib. O, Glivitse şəhərindəki silah fabrikində çıxışı zamanı deyib ki, “Vaqner”in 100-dən çox muzdlu hərbçisinin Belarusun Qrodno şəhəri yaxınlığındakı Suvalki şəhərinə köçürülməsi haqda məlumat alıblar.

“Bu, Polşa torpağına yeni hibrid hücuma doğru bir addımdır. Çox güman ki, onlar Belarus sərhədçiləri qiyafəsində gizlənəcək və qeyri-qanuni mühacirlərin Polşa ərazisinə daxil olmasına kömək edəcəklər və bu yolla Polşada sabitliyi pozacaqlar. Yəqin ki, onlar da qeyri-qanuni mühacir adı altında Polşaya daxil olmağa çalışacaqlar ki, bu da əlavə risklər yaradacaq”, - o deyib.

Bu il 16 min qeyri-qanuni sərhədi keçmə cəhdinin qeydə alındığını qeyd edən Baş nazir Moraviecki bildirib ki, yalnız bu il Putin və Lukaşenkonun Polşaya sıxışdırmaq istədiyi miqrantlar tərəfindən 16 min qeyri-qanuni sərhədi keçmə cəhdi olub.

Siyasət rubrikasından digər xəbərlər