“Önümüzdəki 10 gün çox ağır və təhlükəli olacaq. Rusiya dünyanı dəhşətə gətirən addım atıb, Ukraynaya hərbi müdaxilə edə bilər”.
Hafta.az-ın yazdığına görə, bu sözləri ABŞ-ın Gürcüstandakı keçmiş səfiri, hazırda Northvestern Universitetində beynəlxalq əlaqələr sahəsində mühazirələr oxuyan Yan Kelli səsləndirib. Diplomat bildirib ki, ABŞ kəşfiyyatı əgər Rusiyanın Ukrayna torpaqlarına mümkün hərbi hücumu haqda məlumat verirsə, deməli doğrudan da real təhlükə var.
Moskvada fəaliyyət göstərən Avropa Araşdırmaları Mərkəzinin direktoru Timofey Bordaçev isə ona cavab olaraq bildirib ki, sitat: “Rusiya və ABŞ, Avropanın xəritəsinin gələcək şəkliylə bağlı mənfəət qarşıdurmasının zirvəsinə yaxınlaşır. Tərəflər bir-birilərinə qarşı heç ağlımıza gətirə bilmədiyimiz addımları ata bilərlər.