Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları uğursuzluğa düçar olub və buna görə də Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq lazımdır.
Hafta.az bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Kossuth Rádió radiosunda deyib və onun bəyanatının mətni hökumətin saytında dərc olunub.
Orbanın sözlərinə görə, Macarıstanın da daxil olduğu “sülh düşərgəsi” var və burada mövcud böhranın həlli sülh danışıqları vasitəsilə görülə bilər.
Orban həmçinin bildirib ki, Rusiyaya qarşı sanksiyalar zəif tərtib edilib və enerji məhdudiyyətləri şübhəli mexanizmdir, çünki dünya tarixində sanksiyalar adətən dominant mövqeyə malik olanlar tərəfindən tətbiq edilir.
"İndi enerji sektorunda bizim dominant mövqeyə malik olduğumuz şübhə doğurur, çünki biz alıcıyıq, ruslar isə tədarükçülərdir", - Macarıstanın baş naziri deyib.