Ordumuzun Ermənistan istiqamətinə atəş açması yalandır - MN

09:55 21.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.