Orxan Fikrətoğlu Milli Kulinariya Mərkəzinin baş direktoru təyin olunub

17:55 12.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.

Bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Xəbəri hafta.az-a Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva təsdiq edib.

 

 

 

O bildirilib ki, aprel ayının 11-dən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.