Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 5-də Bakıda və respublikanın digər ərazisində 83 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, monitorinqlər 82 şadlıq sarayında və 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 3 nəfər toy şənliklərinə buraxılmayıb.