Ötən gün ölkədə 16 yanğın olub, 1 nəfər yanıb

11:37 08.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin barmağında sıxılaraq qalan halqa xilasedicilər tərəfindən həkim nəzarəti altında müvafiq qaydada çıxarılıb. Həmçinin, Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş Həsənova Mehriban Əziz qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.