Ötən il 149 nəfər zorakılığa məruz qalıb

10:29 17.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il 149 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb.

Hafta.az xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, 2024-cü il ərzində ümumilikdə 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Müraciətlərin 289-u psixoloji və 163-ü fiziki zorakılıqla bağlı olub.